Pxenyan Rusiyaya silah satışından külli miqdarda qazanc götürür
“Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibəyə cəlb olunarsa, Pxenyanın Rusiya ilə hərbi əməkdaşlıqdan əldə etdiyi gəlir yüz milyonlarla dollar arta bilər”, - fondun öz tədqiqatlarına əsasən hazırladığı hesabatda iddia edilir.
Sənəddə bildirilir ki, Şimali Koreyanın Rusiyaya silah tədarükünün həcmini dəqiq qiymətləndirmək mümkün deyil, çünki Pxenyandakı səlahiyyətlilər silah ixracı ilə bağlı məlumatları dərc etmirlər. Cənubi Koreyanın kəşfiyyat xidmətləri isə, öz hesabatlarında, digər məqamlarla yanaşı, Şimali Koreyanın dənizlə təchizatlarını izləyərkən əldə olunan peyk təsviri məlumatlarına əsaslanır. Bu məlumata görə, Pxenyan Rusiyanı əsasən artilleriya mərmiləri və yaxın mənzilli raketlərlə təmin edir.
Sahil İsgəndərov
AzVision.az