Qazaxıstanlı elmi işçilər Neft və Sənaye Universitetində olub - FOTOLAR

      Qazaxıstanlı elmi işçilər Neft və Sənaye Universitetində olub -       FOTOLAR
  28 Oktyabr 2024    Oxunub:250
Qazaxıstanın K.Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin elmi işçiləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olublar. Onlar, həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarında elmi-tədqiqat işləri aparıblar.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlarla müvafiq kafedra və dekanlıqlarda görüşlər keçirilib, elmi müzakirələr aparılıb.

Həmçinin Qazaxıstan Respublikasının digər ali təhsil müəssisəsinin - Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin magistrantları ADNSU-da Geoloji kəşfiyyat fakültəsində təcrübə keçiblər.

Yekunda ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalovla görüşən tələbələr uğurlu təcrübəyə görə sertifikata layiq görülüblər.

AzVision.az

Qalereya




Teqlər: ADNSU   QONAQLAR  





Xəbər lenti