İndoneziyada Marapi vulkanı yenidən püskürüb

İndoneziyada Marapi vulkanı yenidən püskürüb
  28 Oktyabr 2024    Oxunub:769
İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən fəallığa keçib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, vulkan dünəndən bəri dörd dəfə püskürüb.

Yerli səlahiyyətlilər vulkanın püskürməsinin təhlükə yaratdığını bildirir və ətraf ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər. Marapi vulkanının aktivləşməsi ilə əlaqədar ərazidə müşahidə və təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, 2024-cü ilin may ayında İndoneziyada Marapi vulkanının püskürməsi nəticəsində yığılan daş, kül və torpaq musson yağışları ilə birlikdə sürüşərək güclü daşqınlara səbəb olmuşdu. Nəticədə, 67 nəfər həyatını itirmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti