İsrail təyyarələri Livanın şimal-şərqinə zərbələr endirib

   İsrail təyyarələri Livanın şimal-şərqinə zərbələr endirib
  28 Oktyabr 2024    Oxunub:262
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın şimal-şərqində yerləşən şəhər və qəsəbələrə intensiv hava hücumları həyata keçirib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, Baalbek və Hermel yaxınlığında yerləşən 20-dən çox yaşayış məntəqəsinə, o cümlədən Britel, Duris, Sarin və Şimstar şəhərlərinə aviazərbələr endirilib.

Budai kəndindən daxil olan məlumata görə, hava hücumları nəticəsində altı nəfərlik bir ailə həlak olub.

Livan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, İsrailin son 24 saat ərzində endirdiyi hava zərbələri nəticəsində 38 vətəndaş həyatını itirib, daha 124 nəfər isə yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti