Avstriyada mer qətlə yetirildi

      Avstriyada mer qətlə yetirildi
  28 Oktyabr 2024    Oxunub:319
Avstriyanın Kirchberq-ob-der Donau şəhərinin meri Frans Hofer qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, mer Almaniya və Çexiya ilə sərhədə yaxın Avstriyanın Mühlviertel bölgəsindəki Altenfelden kəndində öldürülüb.

Məlumata görə, onunla bərabər başqa bir şəxs də güllələnib.

Hadisəni törətməkdə 56 yaşlı Roland Dreksler adlı şəxs şübhəli bilinir.

AzVision.az



Teqlər:





Xəbər lenti