Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərə yenidən baxacaq

Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərə yenidən baxacaq
  28 Oktyabr 2024    Oxunub:656
Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada bu ölkənin rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Qeyd olunub ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb.

Bu baxımdan Ottava G7 və Avropa ilə razılaşdırılaraq Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq: “Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, - bəyanatında deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti