Paşinyanın keçmiş köməkçisi İstintaq Komitəsinə çağırılıb

Paşinyanın keçmiş köməkçisi İstintaq Komitəsinə çağırılıb
  29 Oktyabr 2024    Oxunub:657
Nikol Paşinyanın keçmiş köməkçisi Nairi Sarkisyan (Hakim Mülki Müqavilə Partiyasından olan deputat Hayk Sarkisyanın qardaşı - red.) ifadə vermək üçün İstintaq Komitəsinə çağırılıb.
Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Sarkisyan avqustda atasına məxsus avtoservis mərkəzinin yaxınlığında baş vermiş partlayışla bağlı istintaqçılar tərəfindən dəvət edilib.
Nairi Sarkisyan isə deyib ki, hələ iyul-avqust aylarında Robert Kasyan adlı istifadəçidən sosial şəbəkələrdə təhdidlər alıbmış.
Həmin şəxs Sarkisyanın atasını onun ailəsinə zərər verməkdə günahlandırıb. Təhdidçi Sarkisyan ailəsinə qarşı nalayiq ifadələr işlədərək obyektlərdə partlayışlar törədəcəyi ilə hədələyib.

Nairi Sarkisyan bəyan edib ki, Kasyan adlı həmin şəxsin kimliyindən xəbəri yoxdur. O, qeyd edib ki, ailələrinin düşməni yoxdur və əslində heç kimdən də şübhələnmir. Paşinyanın keçmiş köməkçisi həmçinin bildirib ki, partlayışdan sonra da təhdid mesajları gəlməkdə davam edir. Kasyan bir dəfə siyasətçinin harada olduğu ilə maraqlanıb, onun ölkədən gedəcəyi təqdirdə təhdidçini məlumatlandırmasını tələb edib. Lakin bu yazışmalardan sonra təhdidlər dayanıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti