Tehran-Berlin münasibətlərində gərginlik yaşanır

Tehran-Berlin münasibətlərində    gərginlik yaşanır
  29 Oktyabr 2024    Oxunub:724
İranın Almaniyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər nazirliyinə çağırıb, həmçinin Berlin Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
AzVision.az xəbər verir ki, Almaniyanın Xarici İşlər nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirililən bəyanatda Berlinin bu addımı atmasının səbəbi açqılanır.

“Bu gün İran rejimi tərəfindən Cəmşid Şarmaxdın öldürülməsindən sonra İranın müvəqqəti işlər vəkili dərhal Almaniyanın Xarici İşlər nazirliyinə çağırılıb. Almaniya XİN-i İran hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib və sonrakı tədbirlər görmək hüququnu özündə saxlayır”, - bəyanatda deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, Almaniyanın Tehrandakı səfiri Şarmaxdın qətlinə kəskin etirazını bildirib. Bunun ardınca Almaniyanın Xarici İşlər naziri Annelena Berbok ölkənin Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Qeyd edək ki, dünən İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxd İranda edam edilib. O, 2023-cü ildə İranın Ali Məhkəməsi tərəfindən terrorizmdə ittiham olunaraq edam cəzasına məhkum edilib. Hökm Almaniya və Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları tərəfindən pislənib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   İrab   gərginlik  





Xəbər lenti