Blogerin quran ayəsi yazılan qəzeti yandırması qalmaqal yaratdı - VİDEO
"Mash Gor" Telegram kanalının yaydığı məlumata görə, bu davranış hiddətə səbəb olub. Çünki qəzet səhifəsində Quran ayələri dərc olunubmuş.
Videonun müəllifləri bildiriblər ki, onların niyyətləri müsəlmanların hissləri ilə "oynamaq" olmayıb. Bloger sadəcə təsadüfən əlinə keçən bir qəzeti yandıraraq trendə çevrilən kadrlar hazırlayıblar. Bu çəkilişin əsl məqsədi isə xəz mağazasının reklamı imiş.
Video mağazanın sosial şəbəkə hesabında paylaşıldıqdan sonra sosial şəbəkə istifadəçiləri bu reklama qəzəbli şərhlər yazıblar. Dağıstan Müsəlmanları Ruhani İdarəsinin nümayəndələri mağazaya gələrək İslam qanunlarına görə belə davranmağın günah olduğunu izah ediblər. "Əs-Salam"ın redaktorları isə möminləri xəz mağazasından alış-veriş etməməyə çağıran məqalə dərc ediblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Dağıstan