Ərdoğan: "Heç kimdən icazə almırıq"

      Ərdoğan:      "Heç kimdən icazə almırıq"
  29 Oktyabr 2024    Oxunub:1156
" Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq".
AzVision.az xəbər verir ki , dövlət başçısı həmçinin bildirib ki, ölkəsi pilotsuz uçuş aparatları bazarında dünyanın ən böyük istehsalçısıdır:

"Əvvəllər bizə silah verənlər atdığımız güllələrin sayını tutur, bəzən də hesaba çəkirdilər. Terrorla mübarizəmizdə daim maneələrlə qarşılaşardıq, artıq öz hazırladığımız silahlardan istifadə edərək bütün problemlərin öhdəsindən gəlirik. Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən icazə almırıq, kimin nə düşündüyünü soruşmuruq".

"Təbii ki, bununla kifayətlənməyəcəyik. Qarşıdakı dövrdə heç bir sahəni diqqətdən kənarda qoymadan, dostlara etimad, düşmənlərə isə qorxu aşılayan çəkindirici gücə nail olana qədər çalışacağıq", - Ərdoğan vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti