"İsrailin zərbələrinə cavab verməyə tələsməyəcəyik" - Əraqçı

   "İsrailin zərbələrinə cavab verməyə tələsməyəcəyik"    - Əraqçı
  30 Oktyabr 2024    Oxunub:739
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə diqqət çəkən açıqlamalar verib.
O, deyib ki, İran İsrailin zərbələrinə cavab verməyə tələsməyəcək.
XİN rəhbərinin sözlərinə görə, deeskalasiya məsələsi genişmiqyaslı müharibə ehtimalına görə həm regional, həm də qlobal səviyyədə ictimai tələbə çevrilib. İranlı nazir vurğulayıb ki, yeganə çıxış yolu İsrailin təcavüzkar siyasətlərinin və qəddar hücumlarının qarşısını almaqdır.

İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı artıb

Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, İslam Respublikası İsrailin son zərbələrinə cavab verməyə nə tərəddüd edəcək, nə də tələsəcək: "Sionist rejimin təcavüzünü pisləyirik. Buna cavab vermək hüququmuz var. Axı, ölkəmizin ərazisinə təcavüz olub və buna vaxtında cavab verməyimiz də təbiidir".

Əraqçı Avropa ölkələrini İsrailin hücumlarını pisləməkdə aciz olduqlarına görə tənqid edib. Siyasətçi qeyd edib ki, Qərb dövlətləri çox vaxt beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun gələndə gündəmə gətirirlər. "Çox vaxt digər hallara məhəl qoymur və ikili standartlar tətbiq edirlər", - o, gileylənib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İsrail  





Xəbər lenti