ABŞ-da rusiyalı jurnalistlər saxlanılıb

   ABŞ-da rusiyalı jurnalistlər saxlanılıb
  30 Oktyabr 2024    Oxunub:668
Prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-yə gələn rusiyalı jurnalistlər hava limanında saxlanılıb, “İzvestiya” nəşrinin operatorunun vizası isə inzibati səbəblərə görə ləğv edilib.
AzVision.az bildirir ki, Rusiyanın Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova hadisənin ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə baş verdiyini açıqlayıb.

“ABŞ-də keçiriləcək prezident seçkilərini işıqlandırmaq niyyətində olan jurnalistlərin vizaları və icazələri olub. Lakin gəldikləri zaman onları hava limanında saxlayıblar və orada uzun-uzadı dindiriblər. Qrupun operatoruna sonda sərhədi keçmək icazəsi verilməyib və onun vizası aydın olmayan “inzibati səbəblər” əsasında ləğv edilib”, - Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu iş özbaşınalığı nümayiş etdirir, çünki Amerika hakimiyyəti Vaşinqtondakı rus diplomatlarına Rusiya vətəndaşlarının saxlanması barədə məlumat verməyib. “İzvestiya” nəşrinin operatorunun vizasının ləğvinin səbəblərindən çaşqınlığını gizlətməyən Rusiya XİN-in sözçüsü bunun əvvəlcədən xəbərdarlıq edilmədən baş verdiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   jurnalistlər  





Xəbər lenti