Netanyahu oğlunun toyunu təxirə sala bilər

Netanyahu oğlunun toyunu təxirə sala bilər
  30 Oktyabr 2024    Oxunub:645
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik səbəbindən kiçik oğlu Avnerin toyunu təxirə salmaq istəyir.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan” dövlət teleradio şirkəti yayıb. Baş nazirin dron hücumlarından ehtiyat etdiyi bildirilib.

Netanyahu : "İran məni və həyat yoldaşımı öldürməyə cəhd etməklə çox böyük səhvə yol verdi"
Netanyahu qapalı görüşlərdə bildirib ki, hazırkı vəziyyətdə tədbiri təxirə salmağı məqsədəuyğun hesab edir. Mənbənin məlumatına görə, Avnerin toyu noyabrın 26-da Təl-Əvivin şimalındakı "Havat Ronit" kompleksində keçiriləcək.

Bundan əvvəl Livanın Hizbullah hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunun Təl-Əvivdəki evinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İsrail   Netanyahu  





Xəbər lenti