ABŞ-da 53 milyondan çox sakin erkən səsvermədə iştirak edib

ABŞ-da 53 milyondan çox sakin erkən səsvermədə iştirak edib
  30 Oktyabr 2024    Oxunub:755
Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 4-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki , bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası açıqlayıb. Bildirilir ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.

ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.

Noyabrın 5-də ABŞ-da ümumi seçkilər keçiriləcək. 2024-cü il prezident seçkiləri ilində prezident və vitse-prezident seçiləcək. Bundan əlavə, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti