ABŞ kəşfiyyat rəhbəri Misirə gedir

ABŞ kəşfiyyat rəhbəri Misirə gedir
  31 Oktyabr 2024    Oxunub:800
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Vilyam Berns Qəzza zolağında atəşkəs danışıqlarının növbəti mərhələsi üçün bu gün Misirə yollanacaq.
Misirin "Al-Ahram Weekly" qəzetinin adı açıqlanmayan hökumət nümayəndələrinə istinadən məlumatına görə,

Onun paytaxt Qahirədə Prezident Əbdülfəttah Sisi ilə görüşü və Sisi tərəfindən irəli sürülən atəşkəs təklifinin müzakirəsi nəzərdə tutulur.

Həmin plana əsasən, Fələstinin HƏMAS terror təşkilatı və İsrail arasında ötən ilin oktyabrından bəri davam edən müharibənin ikigünlük atəşkəslə dayandırılması və dörd israilli əsirin bir neçə fələstinli məhbusla mübadiləsi irəli sürülür.
Al Jazeera: "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq"

Berns ötən günlərdə Qətərin paytaxtı Dohada da bu ölkənin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə Qəzzada atəşkəs və əsir mübadiləsi ətrafında müzakirələr aparmışdı. Yeri gəlmişkən, ABŞ və Qətər İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqların əsas vasitəçiləridir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Misir   Qəzza   danışıqlar  





Xəbər lenti