"Hizbullah"ın kəşfiyyat xidmətinə yeni rəhbər təyin olunub

 "Hizbullah"ın kəşfiyyat xidmətinə yeni rəhbər təyin olunub
  31 Oktyabr 2024    Oxunub:1152
"Hizbullah" oktyabrın 10-da İsrailin Beyrutu bombalaması zamanı ağır yaralanmış Vafiq Səfanın yerinə kəşfiyyat xidmətinə yeni rəhbər təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb. Teekanalın verdiyi məlumata görə, təhlükəsizlik zabitinin adı gizli saxlanılır.

830 mindən çox livanlı evini tərk edib
Məlumata görə, təyinatla bağlı qərar Şeyx Naim Qasım oktyabrın 29-da Hizbullahın yeni baş katibi vəzifəsinin icrasına başladıqdan sonra verilib. Xatırladaq ki, oktyabrın 11-də Beyrutdakı mənbələr xarici KİV-ə Səfanın İsrailin hücumundan sağ çıxdığını bildirmişdilər. Lakin Hizbullah rəsmisinin xəstəxanada ağır vəziyyətdə çatdırıldığı qeyd edilib. Son günlər onun taleyi ilə bağlı başqa məlumat verilmir. Səfa sentyabrın 27-də öldürülən Hizbullah rəhbəri Şeyx Həsən Nəsrullaha yaxınlığı ilə tanınırdı. O, Livan daxilində və xaricində mühüm vasitəçilik missiyaları da həyata keçirib.

Sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar zamanı daha çox təşkilatın Livan ərazisindəki hərbi hədəflərinə kütləvi hava zərbələri endirilir. Sentyabrın 27-də Beyrutda törədilən partlayışlardan biri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah öldürülüb.

Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hizbullah  





Xəbər lenti