Lavrov: "Qərbin Bakı-İrəvan normallaşmasına guya can atması maraq doğurur" - VİDEO

    Lavrov:    "Qərbin Bakı-İrəvan normallaşmasına guya can atması maraq doğurur" -  VİDEO
  31 Oktyabr 2024    Oxunub:949
"Qərb dövlətlərinin Avrasiyanın müxtəlif ərazilərində fəaliyyəti yalnız dağıdıcı təsirdən ibarətdir".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyinə dair beynəlxalq konfransda dilə gətirib.

"ABŞ, NATO və Aİ-nin aqressiv hərəkətləri nəticəsində qitənin parçalanması riskləri artıb. 20 illik işğalın ardınca Əfqanıstanı öz taleyinə buraxan ABŞ və müttəfiqləri indi bu ölkədə vəziyyətin normallaşması prosesinə əl yetirmək istəyir. Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğu üçün də bəhanələr uydurur. Cənubi Qafqazda da israrla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə öz "xidmətlərini" ortaya qoyur", - Lavrov vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan   normallaşma  





Xəbər lenti