Axios: ABŞ Qəzzaya görə İsrailə ciddi təzyiq edir

      Axios:    ABŞ Qəzzaya görə İsrailə ciddi təzyiq edir
  01 Noyabr 2024    Oxunub:825
ABŞ prezidenti Cozef Baydenin administrasiyası Qəzzadakı humanitar böhranın həlli ilə bağlı Vaşinqtonun tələblərinin yerinə yetirilməsinə ümid edərək İsrail hökumətinə təzyiqləri artırır.
Bu barədə Axios portalı Amerika və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Lavrov: "ABŞ Yaxın Şərq probleminin həlli istiqamətində istənilən səyi əngəlləyir"
Mənbələr iddia ediblər ki, son günlər Dövlət Departamenti nümayəndələrinin israilli həmkarları ilə ağır görüşləri və telefon danışıqları olub. ABŞ rəsmiləri İsraildən Qəzza zolağında ağır humanitar vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmağı tələb ediblər.

Məqalə müəllifi həmçinin qeyd edib ki, Dövlət Departamentinin nümayəndələri İsrailin Qəzzanın şimalında yaşayış binasını dağıtmasına etiraz ediblər. Hansı ki, hava hücumu nəticəsində aralarında uşaqların da olduğu onlarla fələstinli ölüb.
Onlar həmçinin Cəbəliyə qaçqın düşərgəsinə çatmalı olan yardımların əraziyə keçməməsi ilə bağlı narahatlıqlarını da dilə gətiriblər. Rəsmilər BMT-nin Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinin Qəzzadakı işini kəskin şəkildə məhdudlaşdıran yeni İsrail qanunundan narahat olduqlarını bildiriblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   İsrail   Qəzza  





Xəbər lenti