Rusiyada matəm elan olundu

Rusiyada matəm elan olundu
  16 İyul 2014    Oxunub:1011
Metro qəzasında ölənlərin sayı 22 nəfər çatıb.
Bu gün Moskvada matəm günü elan olunub. Rusiyanın paytaxtında qurbanlarının sayına görə tarixdə ilk ağır metro qəzası nəticəsində ölənlərin sayı 22 nəfər çatıb. AzVision.az bu barədə rus mətbuatına istinadla xəbər verir. Məlumata görə yaralıların sayı 140 nəfərdir.

Faciə qurbanlarının əksəriyyəti moskvalılardır. Bu arada ölənlər arasında Ermənistan vətəndaşları da var, daha iki erməninin yaralandığı bildirilir. Bundan əlavə, xəsarət alanlar arasında 2 Çin, 2 Tacikistan, Qırğızıstan vətəndaşları da olub.

Xatırladaq ki, ötən gün səhər saatlarında Moskvanın “Qələbə Parkı” və “Slavyan Bulvarı” stansiyaları arasındakı xəttdə 3 vaqon relsdən çıxmışdı.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti