İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı    155-ə çatıb
  01 Noyabr 2024    Oxunub:785
İspaniyada güclü daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb.
Bu barədə EFE xəbər agentliyi məlumat yayıb. Valensiya Muxtar Vilayətinin hökumət başçısı Karlos Meyson İspaniyanın mərkəzi hökumətindən daşqın qurbanlarına kömək etmək üçün ordunu cəlb etməyi xahiş edib.

“Mən indicə ordunun - quru, dəniz və hava qüvvələrinin prosesə cəlb edilməsi, maddi-texniki təchizat işlərinin aparılmasında və əhaliyə yardımın paylanmasında iştirakını xahiş etdim”, - o X-də yazıb.

İspaniya hökuməti təbii fəlakət qurbanları üçün üç günlük rəsmi matəm elan edib. İspaniyanın şərqində ən çox zərər çəkmiş bölgə olan Valensiyada yol infrastrukturuna ciddi ziyan dəydiyi bildirilir. Nəticədə 60-dan çox yol bağlanıb.
Mütəxəssislərin qənaətinə görə, hazırkı təbii fəlakət ölkə tarixində qeydə alınan ən dağıdıcı təbii fəlakətlərdən biri kimi tarixə düşüb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İspaniya  





Xəbər lenti