Xatırladaq ki, İsrail İranın oktyabrın 1-də bu ölkəyə genişmiqyaslı raket hücumuna cavabən oktyabrın 26-da İrandakı hərbi obyektlərə aviazərbələr endirib. Rəsmi Tehran bu zərbələrə qarşı cavab tədbiri həyata keçirəcəyini diqqətə çatdırıb. Bu gün isə ali dini lider Əli Xamenei bu barədə əmr verib.
![]() |
Xameneyi İsrailə cavab zərbəsi hazırlamaq barədə əmr verib |
İsrail və İran arasında "qarşılıqlı cavab hücumları" dalğası Tehranın himayəsindəki terror təşkilatlarının: Fələstinin HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın öldürülməsi nəticəsində başlayıb.
Firudin Həmidli
AzVision.az