“ABŞ-da seçki yarışı finiş xəttinə yaxınlaşır. Belə deyək, görürük ki, bu seçki yarışının bir çox elementləri bizim anlayışımıza tam uyğun gəlmir. Çox şey həddindən artıq ekstravaqantdır, çox emosionaldır. Namizədlərin bir-birini təhqir etdiyini eşidirik. Bu, bizim siyasi mədəniyyətimizə tam uyğun gəlmir, daha doğrusu, heç də uyğun gəlmir. Yəqin ki, bu seçki yarışının hərarətli vaxtında sizin xatırlatdığınız açıqlamaları da eşidirik”, - Dmitri Peskov jurnalistin bu məsələ ilə bağlı sualına cavab verib.
Eyni zamanda, Peskov xatırladıb ki, Trampın səylərinə baxmayaraq, “Şimal axını-2” tamamlanıb və onun sağ qalan qolu istənilən vaxt işə salınmağa hazırdır. Ona görə, də Trampın burada nə demək istədiyini dəqiq təxmin etmək çətindir.
"Mənə Rusiyanın dostu deyənlər xəstədirlər!" - Tramp |
Sahil İsgəndərov
AzVision.az