SEPAH generalı İsraili “ölümcül zərbə” ilə hədələyib

 SEPAH generalı İsraili  “ölümcül zərbə”  ilə hədələyib
  01 Noyabr 2024    Oxunub:1022
İran İsrailə qarşı ölümcül cavab zərbəsi endirəcək və özünün gizli imkanlarından yararlanacaq.
Bunu İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) daxil olan hərbiləşdirilmiş "Bəsic" qruplaşmasının komandiri, general-mayor Qulamrza Süleymani deyib.

Xameneyi İsrailə cavab zərbəsi hazırlamaq barədə əmr verib
O qeyd edib ki, böyük İran xalqı hələ də özünün sionist düşməninə (İsraili nəzərdə tutur – red.) öz gücünü tam şəkildə göstərməyib. Çünki İran xalqı öz düşmənlərinə qarşı böyük potensialını gizlədir.

"İslam İnqilabının Ali Lideri ayətullah Əli Xameneinin dediyi kimi, sionist qruplar öz hesablamalarında səhvə yol veriblər. Amma biz bu düşmənin səhvini düzəldəcəyik. Onun səhvi bizim İsrailə ölümcül zərbə vurmağımızla nəticələnəcək", - İranın Dövlət Televiziya generalın çıxışından sitat gətirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İsrail  





Xəbər lenti