Zəlzələ qurbanlarının sayı 72 oldu

Zəlzələ qurbanlarının sayı 72 oldu
  20 Aprel 2013    Oxunub:1171
Çində dünən baş verən zəlzələ nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.
Çinin Sinxuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatıb. Bir qədər öncə ölənlərin sayının 32, yaralıların sayının isə 600 nəfər olduğu barədə məlumat yayılsa da Agence France – Presse Çin dövlət televiziyasına istinadən dəqiq məlumat yayıb.

Zəlzələ nəticəsində yaşayış evləri dağılıb, bölgədə sürüşmə halları artıb.

Dünən səhər saatlarında qeydə alınan 7 bal gücündə zəlzələnin episentri Yan şəhəri yaxınlığında olub.

Yeraltı təkanlar Sinxuan ilə yanaşı Quyçjou, Qansu, Şensi və Yunınan əyalətlərində də hiss olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti