Mərasimdən öncə ARAF prezidenti Elçin Quliyev arenaya baxış keçirib.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa atı öz gücünü sınayır.
Çempionatda Azərbaycanın müxtəlif regionlarında böyüdülmüş yerli yorğa atları 8 müxtəlif kateqoriyada və məsafədə mübarizə aparırlar.
Bu gün yorğa çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanışı ilə əlaqədar əlavə yarışlar da keçiriləcək. 4 qaçışdan ibarət yarışlar Qarabağ, Dilbaz və ingilis atlarının iştirakı ilə reallaşacaq. Hər iki tədbirin qaliblərinə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunacaq.
AzVision.az