Polşa XİN : Vətəndaşlarımızın təhlükəsizliyi Ukraynaya yardımdan daha vacibdir

      Polşa XİN       : Vətəndaşlarımızın təhlükəsizliyi Ukraynaya yardımdan daha vacibdir
  02 Noyabr 2024    Oxunub:718
Polşa hakimiyyəti Kiyevə hərbi yardımın çatdırılmasındansa, öz ölkə vətəndaşlarının təhlükəsizliyinə üstünlük verir.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Biz müttəfiqlərimizin və dostlarımızın yanındayıq. Polşa Ukraynaya ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanın toplamından daha çox tank göndərib. Bununla belə, tərəfdaşlarımız başa düşməlidirlər ki, bizim təhlükəsizliyimiz, polyakların təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir”, - nazir "X" hesabında qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti