HƏMAS İsraillə bunu birgə müzakirə etməkdə israr edir

HƏMAS İsraillə bunu birgə müzakirə etməkdə israr edir
  02 Noyabr 2024    Oxunub:257
Fələstinin HƏMAS hərəkatı İsraillə danışıqların aparılmasının tərəfdarıdır, bu danışıqlarda Qəzza zolağında atəşkəs və saxlanılan girovların azad edilməsi məsələləri müzakirə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Misir təhlükəsizlik mənbəsinin sözlərinə görə, HƏMAS atəşkəs və girov məsələsinin Qəzzada nizamlama üzrə İsraillə danışıqlarda bir yerdə müzakirəsini təkid edir.

Kanalın həmsöhbətinin sözlərinə görə, hərəkat girovları təhvil verdikdən sonra İsrail tərəfinin yenidən anklavda hərbi əməliyyatlara qayıdacağından ehtiyat edir.

AzVision.az



Teqlər:





Xəbər lenti