Polşada keçmiş nazir "Pegasus" qalmaqalına görə məsuliyyətə cəlb olunacaq

Polşada keçmiş nazir "Pegasus" qalmaqalına görə məsuliyyətə cəlb olunacaq
  04 Noyabr 2024    Oxunub:798
Polşada keçmiş ədliyyə naziri (2015-2023-cü illərdə işləyib-red.) Zbiqnev Ziobronun deputat toxunulmazlığının ləğvi üçün prosedura başlanılıb.
Bu barədə TVP İnfo kanalı məlumat yayıb.

Qeyd edilib ki, belə bir tədbirin görülməsinə səbəb Polşa siyasətçilərinin telefon danışıqlarının “Pegasus” casus proqramı vasitəsilə dinlənilməsi olub. Bu isə ciddi qanun pozuntusu sayılır. Hansı ki, hazırda araşdırmalar gedir.

Seymin məlum qalmaqalı məsələ üzrə komissiyasının sədri Maqdalena Sroka bildirib ki, vəsatət dərhal respublikanın baş prokuroruna təqdim olunacaq: "Yalnız bundan sonra prokuror öz statusuna uyğun olaraq Zbiqnev Ziobronun mandatdan məhrum edilməsi barədə ərizə ilə Seymə müraciət edəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti