Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb

Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb
  04 Noyabr 2024    Oxunub:882
Almatıda Qazaxıstan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, görüş zamanı iştirakçılar dövlət sərhədinin onun müxtəlif sahələrində müəyyən edilməsi ilə bağlı kompleks məsələlərə baxıblar.

Tərəflər yekun demarkasiya sənədlərinin müvafiq layihələrini, habelə Qazaxıstan-Rusiya Birgə Demarkasiya Komissiyasının və 2025-ci il üçün kameral işlərinin cədvəl-planlarını təsdiqləyiblər.

Komissiya nümayəndələrinin növbəti iclası 2024-cü ilin dekabrına planlaşdırılıb və Rusiya Federasiyasının ərazisində keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti