Rütte: “Müharibə Ukraynanın hüdudlarını aşıb”

      Rütte:    “Müharibə Ukraynanın hüdudlarını aşıb”
  05 Noyabr 2024    Oxunub:1280
Rusiya Ukraynanı müharibədə dəstəkləyən NATO ölkələrində təxribat fəaliyyətini gücləndirib.
AzVision.az Amerikanın “Politico” nəşrinə istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Berlinə səfəri zamanı belə bəyanatla çıxış edib.

“Müttəfiqlərimizin ərazilərinə hibrid hücumların intensivləşməsi kampaniyası, demokratik sistemlərimizə birbaşa müdaxilə, sənayenin təxribatı və zorakılıq aktları hamısı cəbhə xəttinin dəyişdiyindən xəbər verir”, - Rütte bildirib.

Onun iddiasına görə, müharibə Ukraynanın hüdudlarını aşaraq “Baltikyanı regiona, Qərbi Avropaya və hətta Uzaq Şimala” yayılıb. Rutte, həmçinin “bir gün Ukraynanın NATO-ya üzv olacağına” inandığını vurğulayaraq, ölkənin Şimali Atlantika Alyansına gedən yolunda “körpü”nün artıq tikildiyini iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Ukrayna   Rusiya  





Xəbər lenti