Kim Çen Inın bacısı: "Nüvə qüvvələrini gücləndirməyimiz düzgün seçimdir"

      Kim Çen Inın bacısı:    "Nüvə qüvvələrini gücləndirməyimiz düzgün seçimdir"
  05 Noyabr 2024    Oxunub:906
Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini və ölkə liderinin bacısı Kim Yo Conq diqqət çəkən açıqlamalar verib.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, o, KXDR-in nüvə qüvvələrini gücləndirmək yolunu seçməsini düzgün qərar sayıb.

Kim Yo Conq qeyd edib ki, Koreya yarımadasında və ümumiyyətlə regionda güc balansının pozulması müharibəyə gətirib çıxaracaq.

Miller: "10 min KXDR hərbçisi Kurska köçürülüb"
Siyasətçi Cənubi Koreya, Yaponiya və ABŞ-nin son təlimlərini tənqid edib. Onun sözlərinə görə, bu il ABŞ və tərəfdaşları Şimali Koreyaya qarşı 20-dən çox nüvə silahından istifadəyə dair müxtəlif hərbi fəaliyyətlər həyata keçirib. Üstəlik, ötən il bu ölkələr 100-dən çox təlim təşkil edib.

O, həmçinin noyabrın 3-də ABŞ, Yaponiya və Koreya Respublikası tərəfindən qırıcılar və B-1B strateji bombardmançı təyyarələrin iştirakı ilə olan birgə təlimi də xatırladıb. Onun sözlərinə görə, bu təlimlər Şimali Koreyanın opponentlərinin hərəkətlərinin düşmənçilik və aqressiv xarakter daşımasının bariz sübutu olub.

Kim Yo Conq əlavə edib ki, ABŞ və müttəfiqlərinin artan hərbi manevrləri həm KXDR, həm də bütün region üçün sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   ABŞ   Təlim  





Xəbər lenti