Donald Tramp prezident seçkilərində qalib gəlir

      Donald Tramp prezident seçkilərində qalib gəlir
  06 Noyabr 2024    Oxunub:1404
“The New York Times (NYT)” qəzeti dünən ABŞ-də keçirilən prezident seçkilərində respublikaçıların namizədi Donald Trampın qələbəsi ehtimalını 95%-ə qaldırıb.
AzVision.az xəbər verir ki, “NYT” nəşri, həmçinin Trampın 306, demokratların namizədi Kamala Harrisin isə 232 seçici səsi alacağını proqnozlaşdırır. Bundan əvvəl Trampın “NYT” qələbə ehtimalını 75% səviyyəsində qiymətləndirirdi.

Respublikaçıların namizədi ümumi qələbənin açarı olan başqa bir tərəddüd edən ştatda – Corciyada da qalib gəlib. Bu barədə Amerikanın CNN və NBC şirkətləri öz hesablamalarında bildiriblər. Bu ştat Seçicilər Kollegiyasına 16 nümayəndə göndərir. Tramp, habelə tərəddüd edən Şimali Karolina ştatımnda da rəqibini üstələyib.

Qeyd edək ki, o, ümumiyyətlə, digər tərəddüd edən 5 ştatın hamısında da irəlidədir. Əgər respublikaçı Pensilvaniya ştatında liderliyə əldə saxlaya bilsə (bülletenlərinin 90%-i hesabalnadıqdan sonra Tramp Harrisdən 3,5% irəlidədir), onda prezident seçilmək üçün onun həmin 5 ştatdan hər hansı birində - Nevada, Arizona, Miçiqan və ya Viskonsində qalib gəlməsi kifayətdir.

Trampa qarşı sui-qəsd törədilib
Xatırladaq ki, seçkiqabağı kampaniya zamanı Donald Trampa qarşı sui-qəsd məhz Pensilvaniya ştatında törədilmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   seçkilər   qələbə  





Xəbər lenti