Makron: "Bakı-İrəvan münasibətlərinin normallaşmasının tərəfdarıyıq"

   Makron:    "Bakı-İrəvan münasibətlərinin normallaşmasının tərəfdarıyıq"
  06 Noyabr 2024    Oxunub:262
Qazaxıstan və Fransa Prezidentləri Kasım-Jomart Tokayev və Emmanuel Makron Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəklədiklərini bildiriblər.
Bu barədə Tokayevin Fransaya səfəri zamanı çərçivəsində imzalanmış Astana-Paris Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamədə deyilir. Liderlərin fikrincə, münasibətlərin normallaşması "Transxəzər" beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün də vacibdir.

Bəyanatda vurğulanır ki, onlar Bakı və İrəvan arasında sülh sazişinin hər iki dövlətin ərazi bütövlüyünə hörmət zəminində və Alma-Ata Bəyannaməsi əsasında imzalanmasına, regionda ədalətli, davamlı sülhün qurulmasına tərəfdardırlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Qazaxıstan   Azərbaycan   Ermənistan   sülh  





Xəbər lenti