Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı
  06 Noyabr 2024    Oxunub:780
Noyabrın 6-da Moldovanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyası çərçivəsində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya xarakterli hərəkətləri ilə bağlı səfirə kəskin etiraz bildirilib”, - nazirlikdən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, respublikanın hakimiyyət orqanları seçkilərin birinci turu və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumundan əvvəl Rusiyadan olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasından əsassız olaraq imtina edib.

AzVision.az



Teqlər:





Xəbər lenti