İran XİN: "Tramp yanlış siyasətləri düzəltmək şansı qazanıb"

   İran XİN:    "Tramp yanlış siyasətləri düzəltmək şansı qazanıb"
  07 Noyabr 2024    Oxunub:713
"Donald Tramp yenidən ABŞ Prezidenti seçilibsə, keçmişdə yürütdüyü yanlış siyasətləri yenidən nəzərdən keçirməlidir".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dilə gətirib.

"ABŞ-nin müxtəlif hökumətlərinin siyasətləri və yanaşmaları ilə əlaqədar çox acı təcrübələrimiz hamıya məlumdur. Donald Trampın qələbəsini bu yanaşmaları yenidən qiymətləndirmək üçün fürsət sayırıq", - o vurğulayıb.
HƏMAS: "Tramp vədini yerinə yetirməlidir"

Xatırladaq ki, sabiq ABŞ lideri Donald Tramp dünən rəqibi Kamal Harisə prezidentlik yarışında 51%lə qalib gələrək, təkrarən Ağ Evə qayıdıb. Beləliklə, ardıcıl olmadan ikinci dəfə prezident seçilən ikinci şəxs kimi ölkə tarixinə düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   Tramp  





Xəbər lenti