Lavrov Qərbə səsləndi: "Tokayevin sözlərinə qulaq asın!"

   Lavrov Qərbə səsləndi:    "Tokayevin sözlərinə qulaq asın!"
  07 Noyabr 2024    Oxunub:732
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Lavrov Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüşündə diqqət çəkən açıqlamalar verib.
TASS-ın yaydığı məlumata görə, o, Qərb ölkələrini Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ukrayna böhranının həlli ilə bağlı sözlərinə qulaq asmağa çağırıb.

"Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Almaniya kansleri ilə görüşdəki bəyanatına istinad etməyi məqbul sayıram. O, "Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil” deyib. Vaşinqtonda, Londonda, Brüsseldə və digər Qərb paytaxtlarında rəhbər vəzifələrdə çalışan insanlar bu müdrik sözlərə qulaq assaydı, Ukrayna böhranı çoxdan həll olunmuşdu",- Lavrov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti