Ukrayna Kursk istiqamətində 30 mindən çox hərbçi itirib

Ukrayna Kursk istiqamətində    30 mindən çox    hərbçi itirib
  07 Noyabr 2024    Oxunub:793
Ukrayna Silahlı Qüvvələri (VSU) Kursk istiqamətində gedən döyüşlər zamanı 30200-dən çox hərbi qulluqçusunu itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri belədir: 150-dən çox hərbi qulluqçu, bir tank, bir artilleriya qurğusu, 4 minaatan. Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlərdə düşmən 30200-dən çox hərbi qulluqçu itirib. Ukraynanın 185 tankı, 115 piyada döyüş maşını, 107 zirehli transportyoru sıradan çıxarılıb”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti