Hər çıxışına 200 min dollar alan siyasətçi
Bu barədə Oxu zalı CNN-ə istinadla xəbər verir.
Bill Klintonun həyat yoldaşı Hillarİ Klinton da dövlət katibi vəzifəsindən gedəndən sonra fəal şəkildə natiqlik peşəsi ilə məşğuldur. Xanım Klintonun sözçüləri onun bir nitqinin qiymətini açıqlamaqdan imtina ediblər, amma mətbuat yazır ki, bu rəqəm rahat şəkildə altırəqəmli ola bilər.
Amma Hillari natiqlik sənətində ən azı kəmiyyət baxımından hələ ki ərinə çata bilməz. Bill Clinton son 12 il ərzində 544 ödənişli nitq söyləyib. Çıxış etdiyi tədbirlər fərqli olub. Kiçik tədbirdəki çıxışına aşağısı 28 min dollar qonorar alıb, ən böyük tədbirdəki nitqindən isə 750 min dollar qazanıb. Bill Clinton ölkəsindən kənarda yetərincə populyardır.
Hillari Klinton Mayami Universitetində çıxış edir, Florida, 26 fevral, 2014
Hillari Klinton Mayami Universitetində çıxış edir, Florida, 26 fevral, 2014
Keçmiş prezident 54 ölkəyə səfər edib. Onun nitqlərdən qazandığının yarısından çoxu məhz xarici ölkələrin payına düşür. 2012-ci ildə Nigeriyada, Laqosda bir yerli nəşriyyat onun nitqinə 700 min dollar ödəyib. Ondan əvvəlki ildə də Bill Klinton həmin nəşriyyatda çıxışından eyni məbləği qazanmışdı. Həmin il o, həm də peyk rabitəsi ilə Avstraliyadakı auditoriya qarşısında çıxış etmək üçün 150 min dollar qonorar almışdı.
Özü təsdiqləməsə də, Hillari Klinton-un adı prezidentliyə mümkün namizəd kimi hallanır. Son vaxtlar o, “Çətin seçimlər” adlı kitabını təqdim edib. Ştatları gəzib kitabını tanıtmaqla yanaşı o həm də müxtəlif tədbirlərdə çıxış edir.
Əslində ABŞ-ın bütün keçmiş prezidentlərinin əsas qazanc mənbələrindən biri onların nitqləri və müxtəlif tədbirlərdə iştiraklarıdır. Amma onlar öz gəlirlərini açıqlamağa borclu deyillər. Bill Klintonun qazancı ona görə ictimaiyyətə məlum olub ki, həyat yoldaşı dövlət katibi vəzifəsindən gedəndə, qaydaya görə, ailə üzvlərinin gəlirləri barədə məlumatları mətbuata açıqlamalı olub.
Teqlər: