Putin : Dünyanın Rusiyaya ehtiyacı var

      Putin    :    Dünyanın Rusiyaya ehtiyacı var
  07 Noyabr 2024    Oxunub:236
"Dünyada sadəcə hakimiyyət uğrunda mübarizə yox, ölkələr və xalqlar arasında münasibətlər prinsiplərinin toqquşması gedir".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, hazırda kardinal, inqilabi dəyişikliklər dövrüdür.

Rusiya prezidenti qeyd edib ki, növbəti 20 il bundan daha çətin olacaq.

Putin bəşəriyyətin aqressiv anarxiya uçurumuna düşməsi və ənənəvi dəyərlərin itirilməsi təhlükəsini gördüyünü söyləyib.

O deyib ki, Qərbin nüvə dövləti olan Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışları ifrat avantürizmi nümayiş etdirir.

"Qərb elitasının öz cəzasızlığına və müstəsnalığına kor-koranə inamı dünya faciəsinə çevrilə bilər. Qərb ölkələrinin özündə xaos və sistemli böhran artır. Rusiya Qərb sivilizasiyasını düşmən kimi qəbul etmir və “biz, yoxsa onlar” sualını vermir”, - deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, ABŞ və müttəfiqlərinin siyasətində “heç kimə imkan vermə” prinsipi getdikcə daha çox nəzərə çarpır, lakin bu, çox təhlükəli düsturdur: "Yeni dünya düzənində hegemonluqdan söhbət gedə bilməz. “Qərb liberalizmi” istənilən alternativə, istənilən suveren və müstəqil düşüncəyə qarşı ifrat dözümsüzlüyə çevrilib. Qərb Rusiyaya sarsıdıcı zərbə vurmağa, onu dünya siyasətindən və iqtisadiyyatından ayırmağa çalışdı, lakin buna nail olmadı. Vaşinqton və Brüssel rəhbərlərinin istənilən qərarına baxmayaraq, dünyanın Rusiyaya ehtiyacı var".

Rusiya prezidenti bildirib ki, köhnə dünya nizamı gedib və hazırda yeni nizam üçün mübarizə gedir.

AzVision.az



Teqlər:





Xəbər lenti