Saakaşvilinin dostunu kim öldürüb? - VİDEO

Saakaşvilinin dostunu kim öldürüb? - VİDEO
  17 İyul 2014    Oxunub:997
Gürcüstanda dünən ölü tapılan keçmiş səfir, həm də iş adamı olan Erosi Kitsmarişvili barəsində fərqli versiyalar ortaya atılıb. Hüquq-mühafizə orqanları onun özünü öldürdüyünü desələr də çoxları buna inanmır.
Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvilinin ölümü ilə bağlı araşdırmalarda üzərində dayanılan əsas ehtimalın intihar olduğu bildirilir. Prokurorluğun açıqlamasına görə, tədqiqat zamanı digər ehtimallar da araşdırılacaq. Verilən məlumatda avtomobildə rəsmi olaraq mərhuma məxsus bir ədəd odlu silah aşkarlandığı da deyilir. Kitsmarişvilinin yaxınları isə onun intihar etməsi ehtimalı ilə razılaşmırlar. Kitsmarişvilinin tez-tez gələcək planları barədə danışdığını və onu intihara sövq edən heç bir səbəbin olmadığını bildirirlər.

“Trialeti” TV-nin sahibi Bedri Nanetaşvili deyir ki, Erosi tam normal vəziyyətdəydi: “Telefonla danışdıq və onun səsində hər hansı problem hiss etmədim. Hətta, yeni planlarından danışaraq televiziya yaratmaq istədiyini deyirdi”.

Jurnalist Nana Lezhavanın sözlərinə görə, Kitsmarişvilinin intihar etdiyinə inanmıram: “Hər kəsin dostu və düşməni var. Kitsmarişviliylə keçən həftə görüşdüm. Kanalımıza canlı yayına dəvət etmişdik. Həmin vaxt bir az sıxıntılı görünürdü. Onu uzun illərdir tanıyıram və bu hadisə məni cox sarsıtdı”.

50 yaşında dünyasını dəyişən Erosi Kitsmarişvili 2010-2011-ci illərdə sonradan ləğv edilən müxalifət partiyasının liderlərindən idi. O, 15 iyundakı bələdiyyə seçkilərində namizəd kimi iştirak edərək topladığı 12 %-lik səslə 3-cü olmuşdu. 1994-cü ildə təsis etdiyi “Rustavi 2” Gürcüstanın ən çox izlənilən telekanalı olmaqla 2003-cü ildə Saakaşvilinin rəhbərliyi ilə baş tutan “Qızılgül inqilabı”nda təsirli rol oynayıb. Onun ölümünün əsl səbəbi isə aparılan araşdırmalar nəticəsində bəlli olacaq.(Ans)




Teqlər:  





Xəbər lenti