Deputatlar dalaşdılar - FOTO

Deputatlar dalaşdılar - FOTO
  17 İyul 2014    Oxunub:1191
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında yenidən dava düşüb.
AzVision.az xəbər verir ki, parlamentdə müzakirələr zamanı PKK terror təşkilatının siyasi qanadı olan HDP-li millət vəkili Adil Zozani ile hakim AKP-nin üzvü Nurəddin Canikli arasında mübahisə yaranıb. Əvvəlcə söz duelinə çıxan deputatlar daha sonra əybəyaxa olublar.

Kürd deputat əlindəki kitabla həmkarını vurmaq istəsə də parlament üzvləri onları ayıraraq davanın qarşısını alıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti