Rus imperiyası geri qayıdır

Rus imperiyası geri qayıdır
  17 İyul 2014    Oxunub:3707
Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya milli bayrağını dəyişdirmək barədə qanun hazırlanıb.
Ağ-göy-qırmızı üçrəngi qara-sarı-ağ imperiya bayrağı ilə dəyişdirmək təklif olunub. Parlament üzvlərinin fikrincə, Rusiyanın indiki xarici siyasətində bütün müvəffəqiyyətləri məhz Rusiya imperiyasına məxsus bayrağın altında keçməlidir.

Rusiyanın Liberal-Demokratik Partiyası fraksiyasının üzvü Mixail Deqtyarev "Rusiya Federasiyasının dövlət bayrağı haqqında" federasiya qanununa dəyişikliklərin daxil edilməsi haqqında uyğun olan layihəni hazırlayıb.

Parlament üzvü əmindir ki, belə əhəmiyyətli siyasi proseslər - Krımla yenidən birləşmə, Gömrük İttifaqının yaradılması və ölkədə vətənpərvərlik əhval-ruhiyyələrinin artması Rusiya tarixində qalib dövrü simvollaşdıran bayraqların altında keçməlidir.

Qanun layihəsinə edilən qeyddə deyilir ki, imperiya bayrağından istifadələr dövründə Rusiyanın ərazisi əhəmiyyətli dərəcədə artıb. Məhz o illərdə Krım və Şərqi Prussiya ərazisi, Alyaska, Qafqaz, Polşa, Baltikyanı, Orta Asiya və Finlandiya imperiya tərkibinə daxil olub.

"İmperiya bayrağı altında biz parlaq qələbələr qazanırdıq. Bayraq bu gün Rusiyanın bütün vətəndaşlarını birləşdirməyə qadirdir", - Deqtyarev bildirir.(Ans)


Teqlər:





Xəbər lenti