Nazirlik müsabiqə elan etdi

Nazirlik müsabiqə elan etdi
  15 Fevral 2013    Oxunub:2227
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir.
" Müsabiqədənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2013-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
Eyni zamanda bildirilir ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.


Teqlər:  





Xəbər lenti