Moskva Ukrayna barədə Trampın təkliflərini dinləməyə hazırdır

   Moskva Ukrayna barədə Trampın təkliflərini dinləməyə hazırdır
  09 Noyabr 2024    Oxunub:1383
Ukraynadakı hərbi münaqişənin sadə həlli ola bilməz. Amma Rusiya tərəfi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin həlli ilə bağlı təkliflərini dinləməyə hazır olacaq.
AzVision.az xəbər verir ki, belə bəyanatla çıxış edən Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvanın istənilən ideyaya hərtərəfli, məsuliyyətlə və diqqətlə yanaşdığını vurğulayıb. Nümunə kimi o, Çin və Braziliyanın planını qeyd edib.

ABŞ-nin təşəbbüslərindən danışan rusiyalı diplomat gələcək administrasiyanın işinin konkret addımlarla qiymətləndiriləcəyini deyib. Ryabkovun fikrincə, Trampın “sürətli həll” ilə bağlı bəzi vədləri ritorikadan başqa bir şey deyil və əsasən seçki dövründə əlavə diqqəti cəlb etmək üsuludur.

“Əgər Amerika tərəfindən Kiyev rejimini hər cür yardımla daha da gücləndirmək müstəvisində yox, nizamlanma müstəvisində daha da irəliləyəcək fikirlərə malik olduqlarına dair hər hansı siqnal gəlsə, şübhəsiz ki, biz bunu təhlil etmək və cavab hazırlamaq üçün əlimizdən gələni edəcəyik”, - Sergey Ryabkov Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində deyib.

Tramp İsrail və Ukrayna ilə bağlı siyasəti dəyişir
Qeyd edək ki, iki gün əvvəl “The Wall Street Journal (WSJ)” qəzeti Trampın müşavirlərinin Moskva ilə Kiyev arasında müharibəyə son qoymaq planını nəzərdən keçirdiklərini yazıb. Lakin Volodumir Zelenskinin ofisi iddianı saxta adlandırıb. Moskva da, öz növbəsində, bu məlumata skeptik mövqe sərgiləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   Rusiya  





Xəbər lenti