Erməni KİV-i keçmiş mətbuat katibini ələ saldı

   Erməni KİV-i keçmiş mətbuat katibini ələ saldı
  09 Noyabr 2024    Oxunub:773
Ermənistanın “Hraparak” qəzeti Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Arsrun Hovhannisyanı ələ salan məqalə dərc edib.
AzVision.az xəbər verir ki, məqalədə 2020-ci il noyabrın 7-8-də baş vermiş Şuşa döyüşlərindən və Arsrun Hovhannisyanın həmin vaxt erməniləri aldatmasından, dezinformasiya yaymasından bəhs olunub.

Xatırladaq ki, Azərbaycan tərəfi noyabrın 8-də Şuşanın işğaldan azad olunduğunu bəyan etsə də, bir gün sonra – 9 noyabrda sosial şəbəkələrdə və mətbuatda açıqlamalar verən Arsrun Hovhannisyan şəhərin ermənilərin nəzarətində olduğunu bildirmiş və onu qorumaq üçün "xüsusi əməliyyat" keçirildiyini vurğulamışdı.

“Hraparak” qəzeti bugünkü məqaləsində Hovhannisyanın bəhs etdiyi həmin “əməliyyatı” “Gorbagor əməliyyatı” adlandırıb.

Qeyd edək ki, Artsrun Hovhannisyan hazırda Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah fakültəsinin rəisi vəzifəsini tutur. O, hərbi fənlərdən dərs deyir.

AzVision.az



Teqlər:





Xəbər lenti