Böyük ulduz axını

// Trampa qarşı çıxan məşhurlar ABŞ-ni tərk edirlər

   Böyük ulduz axını
  10 Noyabr 2024    Oxunub:1188
Donald Trampın qələbəsindən sonra Kamala Harrisi dəstəkləyən kino və musiqi ulduzları ABŞ-ı tərk edəcəklərini bildiriblər. “New York Post” yazır ki, çemodanını qablaşdıranların arasında Hollivudun elitasına daxil olan kifayət qədər tanınmış simalar da var.
Onlardan biri “Barbi” filmindən tanıdığımız aktrisa Amerika Ferreradır. “Əgər Amerika yenidən Trampı seçdisə, deməli, xəstə ölkədir. Mən ölkəmin haqqında daha yaxşı fikirdə idim”,- o bildirib.

Digər məşhur aktrisa Şeron Stoun da onun səsinə səs verib. Amerikadan “sürüşmək” lazım olduğunu deyən aktrisa bildirib ki, İtaliyaya köçmək fikrindədir.

Əfsanəvi müğənni Barbra Streyzand Trampın idarə etdiyi ölkədə yaşaya bilməyəcəyi üçün ABŞ-ni tərk edəcəyini açıqlayıb.



78 yaşlı Şer Trampın hələ ilk qələbəsinin onu yaraladığını deyib və sual edib ki, “kim bilir, bu dəfə nə olacaq?”

“Game of Thrones” serialından tandığımız Sofi Törner (“Sansa Stark”) da bəyan edib ki, “Amerikadan ***k və Britaniyaya qayıtmaq vaxtıdır”.

Billi Eyliş dəstəklədiyi Kamala Harrisin uduzmasının “qadınlara qarşı müharibə” olduğunu iddia edərək, daha ABŞ-da yaşamaq istəmədiyini açıqlayıb.



Məşhur aktyor Riçard Gir bəyan edib ki, Konnektikutdakı evini 11 milyon dollara sataraq, ABŞ-ni tərk edir.

Gedəcəyini bildirənlərin arasında Tom Hənks, Teylor Svift, Mayli Sayrus, Vupi Qoldberq, Ariana Qrande, Brayan Krenston kimi bütün dünyada kifayət qədər tanınmış ulduzlar da var.

Kim Kardaşyan da yekə arxasını götürüb, ABŞ-ni tərk edəcəyini bildirib, amma buna biz inanmırıq.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti