Əli Abbasov Texnologiya Universitetində

Əli Abbasov Texnologiya Universitetində
  20 Aprel 2013    Oxunub:2942
Nazir Azərbaycan Texnologiya Universitetində oldu
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncəyə səfəri zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə birlikdə Azərbaycan Texnologiya Universitetində olub.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov universitetdə olarkən bildirib ki, "Azərbaycanda yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın qurulması istiqamətində kadr hazırlığına ehtiyac var. Bu istiqamətdə bir neçə universitetlə iş aparılır. Bizim əsas məqsədlərimizdən biri də Gəncədə yerli kadr potensialının hazırlanmasıdır. Bu istiqamətdə artıq proqram da var. Təhsil Nazirliyi də bu sahədə böyük işlər aparır. Gəncədə Azərbaycan Texnologiya Universiteti ilə də yeni əməkdaşlıq istiqamətlərini müzakirə olunacaq”.

Azərbaycan Texnologiya Universiteti ilə yaxından tanış olan Ə.Abbasov yüksək bacarıqlı mütəxəssislərin hazırlanması məqsədilə nazirlik tərəfindən onların texnoloji, praktiki baza və iqtisadiyyatla yaxından tanış olmaları üçün mühitin yaradılması istiqamətində köməklik göstərəcəyini bildirib.


Teqlər:  





Xəbər lenti