İsraildən beş saatlıq ATƏŞKƏS

İsraildən beş saatlıq ATƏŞKƏS
  17 İyul 2014    Oxunub:818
İsrail BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Robert Serri HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyatları beş saatlıq müddət ərzində dayandırmaq barədə təklifini qəbul edib.
Bu barədə AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir.

Atəşkəs rejimi yerli vaxtla 10:00 – 15:00 radələrində davam edəcək. Bu müddət ərzində Qəzza əhalisi ərzaq, su ehtiyyatlarını yenidən bərpa edə biləcək.

İsrail rəsmiləri HƏMAS-ın bu dəfə də atəşkəs rejimini pozacağı təqdirdə ona qarşı sərt addımlar atacağını bəyan edib.
HƏMAS rəsmiləri isə öz növbəsində atəşkəs rejimini pozmayacaqlarını bildirmişdi.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiiyini elan edib. Hərbi əməliyyatlar başlayandan 200 fələstinli öldürülüb, 600 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti