Zurabişvili yeni parlament seçkiləri keçirməyə çağırıb

Zurabişvili yeni parlament seçkiləri keçirməyə çağırıb
  11 Noyabr 2024    Oxunub:620
Oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim “Grücü Arzusu-Demokratik Gürcüstan” partiyasının qələbəsinin legitimliyini tanımaqdan imtina edən Gürcüstan prezidenti Salome Zurabişvili yeni seçkilərin keçirilməsini zəruri sayır.
AzVision.az xəbər verir ki, Salome Zurabişvilinin fikrincə, Gürcüstan “dərin siyasi böhrana” girir və bu böhranı yeni parlament seçkiləri ilə aradan qaldırmaq olar və Avropa bu işdə ona kömək edəcək.

“Gürcüstan dərin siyasi böhrana girir, avropalı dostlarımız bizə gəliblər. Bu, yaxşı əlamətdir ki, Avropa bizi öz əlindən buraxmır və Avropada Gürcüstana və onun xalqına inanırlar. Gürcüstan demokratik hakimiyyətə malik olmayan demokratik ölkədir. Gürcüstanda ölkənin bütün qurumlarını ələ keçirən birpartiyalı hakimiyyət var və biz son birpartiyalı saxta seçkilərdə nəticə əldə etdik”, - Tbilisiyə gələn səkkiz Aİ ölkəsinin parlament komitələrinin rəhbərləri ilə keçirdiyi birgə mətbuat konfransında Salome Zurabişvili deyib.

Gürcüstan prezidentinin iddiasına görə, bu gün yalnız yeni parlament seçkiləri təyin etməklə ölkəni siyasi böhrandan çıxmaq olar. Çünki yeni seçkilər əsasında Gürcüstan cəmiyyəti legitim parlamentə, legitim hökumətə və vaxtı çatanda legitim prezidentə malik ola bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zurabişvili   Avropa   seçkilər  





Xəbər lenti