Qallyamov: “Tramp Kremlə “sürpriz” edə bilər”

   Qallyamov: “Tramp Kremlə    “sürpriz”    edə bilər”
  12 Noyabr 2024    Oxunub:783
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiyaya qarşı siyasəti onun rəqibləri və tərəfdarlarının təsəvvür etdiyindən qat-qat mürəkkəb ola bilər.
AzVision.az xəbər verir ki, Ağ Evə yeni komandanın gəlişindən sonra Moskva üçün mümkün “sürprizlər” politoloq Abbas Qallyamovun “İzah edə bilərik” internet nəşrində dərc olunmuş məqaləsində belə iddia irəli sürülür.

"Tramp başa düşür ki, Rusiya prezidenti özünə valeh olan narsisdir. Tramp Ukrayna və ya onun demokratiyası ilə maraqlanmır, ona görə də bu hissədə təslim olmaq onun üçün problem deyil. Narsisin poza vermək və nə qəzəblənmək üçün səbəbi, nə də müqavimət göstərmək imkanı olmayan yerdə hərəkət etmək daha təsirli olur”, - 2008-2010-cu illərdə Rusiyanın o vaxtkı baş naziri Vladimir Putinin spiçrayteri (çıxışlarını yazan) kimi çalışmış Qallyamov yazır.

Onun fikrincə, Tramp dünya bazarlarında neftin qiymətini aşağı salmaq niyyətindədir ki, bu da Rusiya hakimiyyəti üçün “əsl fəlakət olacaq”. Məsələn, 1980-ci illərdə SSRİ-nin süqutunun səbəblərindən biri də enerji qiymətlərinin düşməsi idi.

“Mən Trampın qəsdən Putini şirnikləndirəcək tələ qurduğunu iddia etmirəm. Ola bilər ki, bu, onda təsadüfən alınıb. Bununla belə, bir tələ nəzərə çarpır. Xüsusi hərbi əməliyyatın (Rusiya Ukraynaya hərbi müdaxiləsini belə adlandırır – red. ) sonu ucuz neft qiymətləri ilə birlikdə Rusiya Kremli üçün ciddi daxili siyasi risklər daşıyır”, - politoloq qeyd edir.

Qallyamov bildirir ki, hərbi uğursuzluqların acılığı və nahaq qanların tökülməsi hissi adətən hərbçiləri baş verənlərə görə siyasətçiləri günahlandırmağa sövq edir. Bu baxımdan, Rusiyada konsolidasiya amili və inkişaf strategiyası olmasa, həyat səviyyəsi aşağı düşsə ordu ilə hakimiyyət arasında münasibətlərdə böhran demək olar ki, qaçılmaz olacaq. Nəzəri cəhətdən, Rusiya prezidenti poblemi yeni müharibəyə başlamaqla həll etməyə cəhd göstərə bilər, lakin neftin son dərəcə aşağı qiymətləri fonunda çətin ki, bunu bacarsın.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Purtin  





Xəbər lenti